Antalyada keçirilən Diplomatik Forumun iştirakçıları üç mərhələdə yoxlanışdan keçirlər
Nərmin Qocamanlı
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun da iştirak edəcəyi Antalya Diplomatik Forumun keçiriləcəyi Nest Konqres Mərkəzinin ətrafında gücləndirilmiş təhlükəsizlik tədbirləri görülüb.
"Operativ Media"nın xəbərinə görə, iştirakçılar üç mərhələli təhlükəsizlik yoxlamasından keçirlər, bütün məlumatlar onların nişanlarında QR kodu vasitəsilə müəyyən edilir.
Qeyd edək ki, tədbirin rəsmi açılışında ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı gözlənilir.
Tədbirdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan da iştirak edəcək.