Menyu

Ostin: Ukraynanın məğlubiyyəti Rusiya ilə NATO arasında birbaşa toqquşma riski yaradacaq

Ostin: Ukraynanın məğlubiyyəti Rusiya ilə NATO arasında birbaşa toqquşma riski yaradacaq

Ukraynanın məğlubiyyəti Rusiya ilə NATO arasında birbaşa hərbi toqquşma təhlükəsi yarada bilər.

"Operativ Media" xəbər verir ki, bu qiymətləndirməni ABŞ-nin müdafiə naziri Lloyd Ostin yanvarın əvvəlində ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində xəstəxanaya yerləşdirilməsinə aydınlıq gətirmək üçün keçirilən dinləmələrdə edib.

Ostinin sözlərinə görə, Ukrayna məğlub olarsa, Rusiya rəhbərliyi dayanmayacaq: "Açığı, Ukrayna uduzsa, mən əminəm ki, NATO Rusiya ilə müharibəyə gedəcək".

Əlaqəli Xəbərlər