Krım körpüsü bağlanıb
Krım körpüsündə nəqliyyatın hərəkəti müvəqqəti olaraq dayandırılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə “Krım körpüsü: operativ məlumat” Telegram kanalında məlumat verilib.
“Tamandan gələn 180 maşın növbədə gözləyir. Gözləmə müddəti təxminən bir saatdır. Kerçdən də gələn 95 avtomobil növbədədir”, - bildirilib.
Bundan əvvəl Ukrayna kəşfiyyatı Krım körpüsündən istifadə etməməyi tövsiyə edib.