Menyu

Qarabağdakı keçmiş qondarma rejimin müdafiə nazirinin müavininə Ermənistanda yeni vəzifə verilib

Nərmin Qocamanlı
Qarabağdakı keçmiş qondarma rejimin müdafiə nazirinin müavininə Ermənistanda yeni vəzifə verilib

Qarabağdakı keçmiş qondarma rejimin müdafiə nazirinin müavini Sergey Arstamyan Ermənistan İstintaq Komitəsinin rəhbərinin müşaviri olub.

"Operativ Media" xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.

Argişti Kyaramyanın yeni müşaviri artilleriyaçıdır və Qarabağın keçmiş qondarma rejimində Müdafiə Ordusunun müxtəlif hissələrinə komandanlıq edib.

O, 2022-2023-cü illərdə nazir müavini vəzifəsini tutub.

 

Əlaqəli Xəbərlər