Ana səhifə / Dünya / NATO hərbi baxımdan Rusiyadan güclüdür - Stoltenberq NATO hərbi baxımdan Rusiyadan güclüdür - Stoltenberq 17.02.2024, 14:50 NATO hərbi baxımdan Rusiyadan daha güclüdür. "Operativ Media" xəbər verir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq Münhen Təhlükəsizlik Konfransında deyib. "NATO dünyada ən böyük hərbi qüvvədir və dünyanın hərbi gücünün təqribən yarısını təşkil edir. Hərbi baxımdan biz Rusiyadan güclüyük", - o deyib. Bundan başqa, Stoltenberq Ukraynadakı münaqişə ilə əlaqədar olaraq NATO-nun öz hərbi ehtiyatlarını sərf etdiyini bildirib. "Bu səbəbdən biz təcili olaraq istehsalı artırırıq", - o qeyd edib.
13.06.2026, 21:18 Bakı-Naxçıvan reysini icra edən təyyarə ildırımlı hava şəraiti səbəbindən geri qayıdıb