Menyu

Bayden Vaşinqtonda Polşa prezidenti və baş nazirini qəbul edəcək

Bayden Vaşinqtonda Polşa prezidenti və baş nazirini qəbul edəcək

ABŞ prezidenti Co Bayden mart ayında Vaşinqtonda Polşa prezidenti Anjey Duda və baş nazir Donald Tusk ilə danışıqlar aparacaq. 

"Operativ Media" xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karine Jan-Pyer bildirib.

O, yazılı açıqlamasında bildirib: "Prezident Bayden Polşa prezidenti Anjey Duda və baş nazir Donald Tusku martın 12-də Ağ Evdə qəbul edəcək". 

Jan-Pyerin sözlərinə görə, tərəflər Ukraynaya sarsılmaz dəstəyi təsdiqləyəcək və NATO-nun Vaşinqtonda iyulun 9-11-nə planlaşdırılan sammiti öncəsi hərəkətləri əlaqələndirəcəklər: "Onlar həmçinin enerji təhlükəsizliyi sahəsində ABŞ-Polşa strateji tərəfdaşlığını, güclü iqtisadi əlaqələri, ABŞ və Polşanın demokratik dəyərlərə ümumi sadiqliyini müzakirə edəcəklər", - Vaşinqton administrasiyası rəhbərinin rəsmi nümayəndəsi bildirib. 

Əlaqəli Xəbərlər