Finlandiya: NATO-nun varlığı bizim üçün vacibdir
Finlandiya NATO tədbirlərinə ev sahibliyi etməyə hazırdır və NATO-nun öz ərazisində mövcudluğunu vacib hesab edir.
"Operativ Media" xəbər verir ki, bu barədə Finlandiya Müdafiə Nazirliyi məlumat yayıb.
"Bu, NATO-nun irəlidə mövcudluğunun qərargah elementi, eləcə də təhlükəsizlik vəziyyətindən asılı olaraq qoşun hazırlığı mənasını verə bilər. Təbii ki, biz mümkün infrastruktur və gələcək yerləşdirmə ehtiyaclarını da nəzərdən keçirməliyik", - müdafiə naziri Antti Hakkanen bildirib.
Finlandiyanın müdafiə departamentinin rəhbəri fevralın 15-də Brüsseldə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin toplantısında Finlandiyanın NATO-ya inteqrasiya hədəflərindən danışıb.
Qeyd edək ki, Finlandiya 4 aprel 2023-cü ildə Şimali Atlantika Alyansına üzv olub.