Martdan etibarən Bakı və London arasında birbaşa uçuşların sayı 6-a çatacaq
Nərmin Qocamanlı
"Mart ayından etibarən Bakı və London arasında birbaşa uçuşların sayı 6-a çatacaq".
"Operativ Media" xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfir Fergus Auld "X"də bildirib.
"AZAL artıq "Heathrow" ilə yanaşı "Gatwick" hava limanına da uçuşlar açır. Bu uçuşlar Azərbaycan və Britaniya arasında ticarət, turizm, mədəniyyət və təhsil tərəfdaşlığımızda böyük rol oynayır", - səfir qeyd edib.
Mart ayından etibarən Bakı və London arasında birbaşa uçuşların sayı 6-a çatacaq. @azalofficial artıq Heathrow ilə yanaşı Gatwick hava limanına da uçuşlar açır.
Bu uçuşlar 🇬🇧 və 🇦🇿 arasında ticarət, turizm, mədəniyyət və təhsil tərəfdaşlığımızda böyük rol oynayır. pic.twitter.com/3cO53mXt5J