Menyu

Yaponiyanın H3 raketinin buraxılışı hava şəraitinə görə təxirə salınıb

Nərmin Qocamanlı
Yaponiyanın H3 raketinin buraxılışı hava şəraitinə görə təxirə salınıb

Fevralın 15-nə planlaşdırılan Yaponiyanın H3 raketinin buraxılışı hava şəraitinə görə təxirə salınıb.

"Operativ Media" xəbər verir ki, Yaponiyanın JAXA aerokosmik agentliyi yeni H3 raketinin fevralın 15-nə planlaşdırılan buraxılışının gözlənilən pisləşəcək hava şəraiti səbəbindən təxirə salındığını açıqlayıb.

"JAXA 2024-cü il fevralın 15-də Taneqaşimadan ikinci H3 raketini sınaqdan keçirməyi planlaşdırmışdı, lakin buraxılış günü gözlənilən hava şəraitinin pisləşməsi ilə əlaqədar təxirə salınıb. Yeni buraxılış tarixi təyin olunan kimi biz bunu dərhal elan edəcəyik", - məlumat yayıb.

 

Əlaqəli Xəbərlər