Türkiyədə keçirilən "Qəfəs-38" əməliyyatı nəticəsində 16 şübhəli şəxs saxlanılıb
Türkiyənin 4 bölgəsində keçirilən "Qəfəs-38" əməliyyatı nəticəsində Cengiz Güven və Nevzat Halitoğlunun rəhbərlik etdiyi mütəşəkkil cinayət qrupunun məhv edilib və 16 şübhəli şəxs saxlanılıb.
"Operativ Media" xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya məlumat yayıb.
Yerlikaya şübhəlilərin maddi sıxıntı içində olan vətəndaşlara faizlə borc verdiklərini, borcun vaxtı çatanda faizi artıraraq dəyərindən xeyli yuxarı pul tələb etdiklərini, vətəndaşların avtomobillərini, mağazalarını, tarlalarını və evlərini hədə-qorxu, təzyiq və zorakılıq yolu ilə ələ keçirdiklərini bildirib.
Həmçinin saxlanılan şəxslərin imkanlı və varlı iş adamlarını hədəfə aldıqlarını, zərərçəkmişləri zorla saxladıqlarını, onların azadlığa çıxması üçün ailələrindən və tanışlarından yüksək məbləğdə pul tələb etdiklərinin müəyyən edildiyini, habelə narkotik istehsalı, ticarəti və silah-sursat qaçaqmalçılığı ilə məşğul olduğu bəlli olub.
“KAFES-38” operasyonlarında Balıkesir’de elebaşılığını Cengiz Güven’in ve Tekirdağ’da elebaşılığını Nevzat Halitoğlu’nun yaptığı 2️⃣ Organize Suç Örgütü Çökertildi❗️
— Ali Yerlikaya (@AliYerlikaya) February 10, 2024
4️⃣ ilde eş zamanlı olarak düzenlenen Operasyonlarda Örgüt Elebaşıları ile birlikte 1️⃣6️⃣ şüpheli yakalandı❗️… pic.twitter.com/51E0pKm4Fw