Minsk və Moskva hərbi texniki və logistik dəstək sistemlərinin inkişafını müzakirə ediblər
Belarusun müdafiə naziri Viktor Xrenin Minskdə Rusiya Federasiyası Müdafiə Nazirliyinin rəis müavini Aleksey Kuzmenkov ilə texniki və maddi-texniki təminat sistemlərinin inkişafı üçün perspektivli istiqamətləri müzakirə edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Belarus Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin rəhbəri Valeri Revenko məlumat verib.
"Belarus Respublikasının müdafiə naziri general-leytenant Viktor Xrenin və Rusiya Federasiyası müdafiə nazirinin maddi-texniki təminat üzrə müavini general-polkovnik Aleksey Kuzmenkov arasında görüş olub. Görüşdə birgə proqramlar, eləcə də texniki və logistik dəstəyin inkişafı üçün perspektivli istiqamətlər müzakirə edilib", - Revenko "X"də paylaşım edib.
Qeyd edək ki, Kuzmenkov fevralın 5-də qeyd edilən Respublika Silahlı Qüvvələrinin Silahlanma Günündə iştirak etmək üçün Belarusa səfər edib.