Filippində torpaq sürüşməsi nəticəsində 10 nəfər ölüb, 49 nəfər itkin düşüb
Çərşənbə axşamı Filippinin Davao de Oro bölgəsindəki Mako qəsəbəsində mədən şirkətinin işçiləri xidmət gözləyərkən torpaq sürüşməsi baş verib. Filippində mədən sahəsinin yaxınlığında baş verən sürüşmə nəticəsində 10 nəfər həyatını itirib. İtkin düşən 49 nəfərin axtarışlarının davam etdiyi açıqlanıb.
"Operativ Media" xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.
Məlumata görə, təbii fəlakətin baş verdiyi bölgədə 10 nəfər həyatını itirib, 31 nəfər isə yaralı olaraq xilas edilib.