Ana səhifə / Siyasət / Pakistanda iki partlayış nəticəsində 28 nəfər ölüb Pakistanda iki partlayış nəticəsində 28 nəfər ölüb 07.02.2024, 15:21 Redaksiya Pakistanın Bəlucistan əyalətində baş verən iki partlayış nəticəsində 28 nəfər ölüb. "Operativ Media" xəbər verir ki, bu barədə yerli "Geo" telekanalı məlumat yayıb. Partlayış nəticəsində 40-dan çox insanın yaralandığı da bildirilib. Sabah, fevralın 8-də Pakistan Milli Assambleyasına (parlamentin aşağı palatası) seçkilər keçirilməli idi. Partlayışlar namizədlərin ofislərinin yaxınlığında baş verib.