Menyu

İspaniyada etiraz edən fermerlər yenidən onlarla yolu bağlayıblar

Nərmin Qocamanlı
İspaniyada etiraz edən fermerlər yenidən onlarla yolu bağlayıblar

Traktor sürən ispan fermerlər Avropanın kənd təsərrüfatı sektorundakı böhran vəziyyətinə etiraz olaraq yenidən ölkə boyu yolları bağlayıblar.

"Operativ Media" xəbər verir ki, bu barədə RTVE telekanalı məlumat yayıb.

Etirazçılar iş şəraitinin yaxşılaşdırılmasını, məhsullarına ədalətli qiymətlərin verilməsini, kənd təsərrüfatı dizel yanacağına vergi güzəştlərinin saxlanmasını və Avropanın kənd təsərrüfatı siyasətinə dəyişiklik edilməsini tələb edirlər. Belə ki, krallığın Barselona, ​​Tarraqona, Girona, Toledo, Saraqosa, Qranada, Malaga, Mursiya, Valensiya və bir çox digər şəhərlərində fermerlər yollarda nəqliyyatın hərəkətini bağlayıb.

Əlaqəli Xəbərlər