İspaniyada etiraz edən fermerlər onlarla yolu bağlayıb
Nərmin Qocamanlı
"Etiraz edən ispan fermerləri traktorlarla Avropanın kənd təsərrüfatı sektorunda böhran fonunda ölkə boyu yolları bağlayıblar".
"Operativ Media" xəbər verir ki, bu barədə RTVE məlumat yayıb.
Telekanalın məlumatına görə, iş şəraitinin yaxşılaşdırılmasını və bu sahədə siyasətin dəyişdirilməsini tələb edən fermerlər Barselona , Tarraqona, Kastiliya-La-Mança, Valensiya, Araqon, La Rioja, Mursiya və digər bölgələrdə avtomobil yollarında nəqliyyatın hərəkətini bağlayıblar.