Britaniya parlamenti qoşunların gərgin hərbi münaqişəyə hazır olmadığını bəyan edib
Böyük Britaniya silahlı qüvvələri qoşun və hərbi texnika çatışmazlığı ilə üzləşir və bu, onları yüksək intensivlikli hərbi münaqişəyə hazırlıqsız edir.
"Operativ Media" xəbər verir ki, bu barədə Britaniya parlamentinin İcmalar Palatasının (aşağı palata) Müdafiə Komitəsinin hesabatında deyilir.
Hesabatın müəllifləri belə nəticəyə gəliblər ki, Böyük Britaniya hökuməti sənaye bazasının gücləndirilməsi və saxlanmasına yönəlmiş islahatları sürətləndirmədən və silahlı qüvvələrin hərbi potensialını genişləndirmədən yüksək intensivlikli hərbi əməliyyatlara istənilən hazırlıq səviyyəsinə nail ola bilməyəcək. Deputatlar diqqəti qoşunların müntəzəm hərbi qulluqçuların və ehtiyatda olanların qəbulu və saxlanmasında böhran yaşadığına yönəldiblər.
"Əməliyyatların və davam edən öhdəliklərin daimi və davamlı azalması o deməkdi ki, hərbi komandirlərin yüksək intensivlikli döyüş əməliyyatlarına hazırlaşmaq üçün resursları yoxdur.
Parlamentarilərin hesabatı Kral Hərbi Dəniz Qüvvələrinin təyyarədaşıyan "Queen Elizabeth" gəmisində texniki problemlərin aşkarlanması fonunda verilib, buna görə gəmi NATO-nun "Steadfast Defender 2024" manevrlərində iştirak edə bilməyəcək.