Ana səhifə / Dünya / İraq parlamenti ABŞ qüvvələrinin ölkədən çıxarılmasını müzakirə edəcək İraq parlamenti ABŞ qüvvələrinin ölkədən çıxarılmasını müzakirə edəcək 03.02.2024, 19:28 İraq parlamenti ABŞ-ın İraq ərazisinə endirdiyi zərbələri və onların nəticələrini müzakirə etmək üçün təcili iclas keçirəcək. "Operativ Media"nın məlumatına görə, bu barədə "EFE" agentliyi xəbər verib. Məlumata əsasən, yaxın günlərdə keçiriləcək iclas “ABŞ-ın ölkədə təkrar hücumları ilə bağlı mövqe hazırlamağa” imkan verəcək. Deputatlar, həmçinin “beynəlxalq koalisiya qüvvələri tərəfindən İraqın suverenliyinin pozulmasına son qoyulmasının zəruriliyinə” toxunacaqlar.