Ana səhifə / Dünya / Suriyanın şimalında 13 terrorçu zərərsizləşdirilib Suriyanın şimalında 13 terrorçu zərərsizləşdirilib 31.01.2024, 12:24 Nərmin Qocamanlı Türkiyə ordusu Suriyanın şimalında 13 PKK/YPG terrorçusunu zərərsizləşdirib. "Operativ Media" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) məlumat yayıb. Məlumata görə, terrorçular "Fırat Kalkanı" və "Zeytin Dalı" əməliyyatı bölgələrində zərərsiz hala gətirilib.