Menyu

FİFA Azərbaycanda beynəlxalq turnir keçirəcək

Əziz Əzizli
FİFA Azərbaycanda beynəlxalq turnir keçirəcək

FIFA Bakıda milli komandalar arasında beynəlxalq turnir təşkil edəcək.

"Operativ Media" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Ali futbol qurumunun layihəsinə əsasən, təqvimdə olan rəsmi yoldaşlıq oyunlarının əvəzinə fərqli konfederasiyalardan yığmaların iştirakı ilə mini turnir təşkil olunacaq. Dörd komandanın qatılacağı ilk belə yarışlardan birinin martda Bakıda keçirilməsi nəzərdə tutulub.

Avropadan ölkəmizlə yanaşı Bolqarıstan, Afrikadan Tanzaniya, Asiya qitəsindən isə Monqolustan milli komandaları turnirdə mübarizə aparacaqlar. İlk dəfə təşkil olunacaq yarış barədə ətraflı məlumat (təqvim, püşk, stadionlar və s.) daha sonra veriləcək.

AFFA FIFA-nın yeni layihəsini dəstəkləyir və təşkilati işləri yüksək səviyyədə həyata keçirəcəyini əminliklə ifadə edir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər