Almaniya gələn ildən etibarən məcburi hərbi xidməti bərpa etməyi planlaşdırır
Şəfa Hüseynli
Almaniya 2027-ci ildən etibarən bütün kişilər üçün məcburi hərbi xidmətin bərpası imkanını nəzərdən keçirir.
Operativ Media xəbər verir ki, bu barədə "The Telegraph" məlumat yayıb.
Nəşrin məlumatına görə, ölkə hökuməti könüllü proqramlar vasitəsilə silahlı qüvvələri gücləndirməyə çalışır, baxmayaraq ki, bəzi qanunvericilər mövcud mexanizmin artıq kifayət etmədiyini düşünürlər.
Almaniya parlamentinin müdafiə komitəsinin sədri Tomas Röhvekamp bildirib ki, könüllü səfərbərliyin qarşıya qoyduğu məqsədlərə nail olmaq mümkün olmazsa, ölkə məcburi hərbi xidməti bərpa etməli olacaq.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma