Menyu

Özbəkistan 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdıra bilər

Şəfa Hüseynli
Özbəkistan 16 yaşdan kiçik uşaqların sosial mediaya çıxışını məhdudlaşdıra bilər

Özbəkistan 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanun layihəsi hazırlaya bilər.

Operativ Media xəbər verir ki, bu barədə "Gazeta" məlumat yayıb.

Bildirilib ki, Məktəbəqədər və məktəb təhsili naziri Ezoza Kərimova jurnalistlərə verdiyi müsahibədə bu məsələ ilə bağlı parlament üzvləri və senatorlarla müzakirələr aparıldığını qeyd edib.

"Şagirdlərin məktəbə girməzdən əvvəl telefonlarını işlətməmələri barədə bir qayda və etiket qaydaları da var. Amma bu qaydalar bəzi yerlərdə işləyir, bəzilərində isə işləmir. İndi biz bunu ciddi nəzarətə götürmək və 16 yaşdan kiçik uşaqlarımızın sosial şəbəkələrdən istifadəsini qanuni olaraq məhdudlaşdırmaq istəyirik", - deyə E. Kərimova bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər