"Kocaelispor"un prezidenti Ramil Şeydayev transferini təsdiqlədi
Əziz Əzizli
Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev "Kocaelispor"da çıxış edəcək.
"Operativ Media" xəbər verir ki, Türkiyə klubunun prezidenti Ergin Koyun forvardla razılaşdıqlarını bildirib. O, yerli mətbuata açıqlamasında bunları söyləyib:
"Ramil ilə razılaşdıq. Klubu "Buriram Yunayted"lə müqaviləsini ləğv edəcək və sabah bizimlə olacaq. Razılaşma müddəti 1,5 ildir".
Şeydayev 2023-cü ilin yayında "Buriram Yunayted"ə keçmişdi. Forvard Tayland klubunda 15 oyunda 1 qol, 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Teqlər:
"\"Kocaelispor\"un prezidenti Ramil \u015eeydayev transferini t\u0259sdiql\u0259di"