Menyu

Karlo Ançelotti Arda Güler haqqında danışıb

Əziz Əzizli
Karlo Ançelotti Arda Güler haqqında danışıb

İspaniya Superkubokunun yarımfinalında "Real" Madrid derbisində "Atletiko Madrid"i məğlub edib.

 Normal vaxtda 3-3 hesabı ilə bitən və əlavə vaxta gedən matçda Real Madrid 5-3 hesabı ilə qalib gələrək adını finala yazdırdı.

 "Operativ Media" xəbər verir ki, matçdan sonra "Real Madrid"in baş məşqçisi Karlo Ançelotti "Tivibuspor"a matç və Arda Gülər haqqında açıqlama verib.

 "Atletiko Madrid"ə qalibiyyəti dəyərləndirən Ançelotti, "Finala çıxdığımız üçün şadam. Çox çətin bir matç oldu. Hər iki tərəfin qalib gələ biləcəyi bir matç idi. Matçın sonuna qədər bir az daha enerjiyə qənaət etdik. və biz qalib gəldik”. deyə bildirib.

Arda Gülər ilə bağlı sualı cavablandıran italiyalı məşqçi "6 ay idi zədəli idi. Hazırda vəziyyəti çox yaxşıdır. Onun kimi istedadın burada olması bizi çox sevindirir. Səbirli olmalıyıq. Onu məcbur etməyə ehtiyac yoxdur. O, öz istedadını göstərmək imkanı tapacaq” deyə açıqlama verib.

Ançelotti Arda Gülər haqqında bunları da deyib: "Onun komandaya bir az daha uyğunlaşması lazımdır. O, əla keyfiyyət nümayiş etdirir. Onun üçün hamımız çox sevinirik. O, "Real Madrid" üçün çox vacib bir insan olacaq".

Teqlər:

"Karlo An\u00e7elotti Arda G\u00fcler haqq\u0131nda dan\u0131\u015f\u0131b"

Əlaqəli Xəbərlər