Antuan Qrizmann "Atletiko Madrid"in tarixinə düşdü
Əziz Əzizli
"Atletiko Madrid"də çıxış edən Antuan Qrizmann İspaniya Superkubokunda "Real Madrid"lə matçda vurduğu qolla Luis Araqonesi keçərək klub tarixinin bombardiri olub.
"Operativ Media" xəbər verir ki, İspaniya Superkubokunun yarımfinalında "Atletiko Madrid"in "Real"a əlavə vaxtda 5-3 hesabı ilə uduzduğu matçda 1 qol vuran fransız futbolçu Antuan Qrizmann klub tarixinə düşüb.
Matçın 37-ci dəqiqəsində komandasının ikinci qolunu vuran Qrizmann "Atletiko Madrid" forması ilə qol sayını 174-ə çatdırıb. Beləliklə, ulduz futbolçu 173 qolu olan Luis Araqonesi geridə qoyaraq klub tarixinin bombardiri olub. Bu mövsüm "Atletiko Madrid"in heyətində 27 matça çıxan 32 yaşlı futbolçu 17 qol vurub, 4 məhsuldar ötürmə edib.