Türkiyə Super Liqasında legioner oyunçu qaydası dəyişir
Əziz Əzizli
Türkiyə Futbol Federasiyası Super Liqasındakı əcnəbi oyunçuların sayının 2024-2025-ci il mövsümündən etibarən 12-yə, sonrakı iki mövsümdə isə 11-ə endiriləcəyini açıqlayıb.
"Operativ Media" xəbər verir ki, Türkiyə Futbol Federasiyasının İdarə Heyətinin iclasında 2024-2025-ci il mövsümündən başlayaraq 5 mövsümlük həyata keçiriləcək Super Liqa ilə bağlı aşağıdakı qərarları qəbul edib:
1) 2024-2025-ci il mövsümündən başlayaraq A Komandası siyahısına salınacaq əcnəbi futbolçuların sayı ilk üç mövsümdə 14-dən 12-yə, sonrakı iki mövsümdə isə 11-ə endirilib. Matç günü siyahısında heç bir məhdudiyyət olmayacaq.
2) Klubların transfer büdcələrindən daha səmərəli istifadə etmələri üçün A Komandası siyahısına daxil ediləcək oyunçuların sayı 30-dan 26-ya endirilib.
3) “2024-2025-ci il mövsümündən etibarən əcnəbi futbolçu transferlərindən alınacaq fond haqlarının böyük bir hissəsi Federasiya tərəfindən “yerli futbol həvəsləndirmə fondu” olaraq oynamaq hüququ olan futbolçuları oynayan klublara ödəniləcək.
Teqlər:
"T\u00fcrkiy\u0259 Super Liqas\u0131nda legioner oyun\u00e7u qaydas\u0131 d\u0259yi\u015fir"