Menyu

Rəşad Sadıqov: "Sanki komandalar heç fasiləyə yollanmayıb"

Əziz Əzizli
Rəşad Sadıqov: "Sanki komandalar heç fasiləyə yollanmayıb"

"Zirə”nin baş məşqçisi Rəşad Sadıqov “Araz-Naxçıvan”la yoxlama oyunu ilə bağlı fikirlərini bildirib.

"Operativ Media" xəbər verir ki, o, 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra bunları söyləyib:

“Hər iki komanda üçün ilk oyun idi. Buna baxmayaraq, sürətli, keyfiyyətli oyunun şahidi olduq. Qarşılaşma onu göstərdi ki, irəlidə bizi maraqlı mübarizə gözləyir. Hər iki komandanın futbolçuları istəkli idi və qələbə qazanmaq üçün hər şeyi edirdilər. Sanki komandalar heç fasiləyə yollanmayıb. Futbolçular böyük motivasiya ilə çıxış etdilər. Bu həm sevindirir, həm də mövsümün qalan hissəsinin necə gərgin və maraqlı keçəcəyini göstərir”.

Teqlər:

"R\u0259\u015fad Sad\u0131qov: \"Sanki komandalar he\u00e7 fasil\u0259y\u0259 yollanmay\u0131b\""

Əlaqəli Xəbərlər