Mövsümün ikinci yarısına Türkiyədə hazırlaşan “Turan Tovuz” ilk yoxlama görüşünü keçirib.
"Operativ Media" xəbər verir ki, Ayxan Abbasovun baş məşqçi olduğu komanda Rumıniya klubu “Voluntari” ilə qarşılaşıb.
Əlverişsiz hava şəraiti ilə əlaqədar dünən keçirilməyən və bu günə təxirə salınan matç Rumıniya təmsilçisinin 2:0 hesablı qələbəsiylə yekunlaşıb.
Qeyd edək ki, “Turan Tovuz” yanvarın 15-də daha iki yoxlama oyunu keçirəcək. Komanda Macarıstanın “Şiofok” və Özbəkistanın “Nasaf” kollektivləri ilə üz-üzə gələcək.