İtaliya nəhəngi "Qalatasaray"ın müdafiəçisini istəyir
Əziz Əzizli
İtaliya A Seriyası komandası "Milan" türkiyəli müdafiəçi Abdulkerim Bardakçını transfer etmək istəyir.
"Operativ Media" "Takvim" qəzetinə istinadən xəbər verir ki, klubun baş məşqçisi Stefano Piolinin Abdülkerim Bardakçını çox bəyəndiyi və onu heyətində görmək istədiyi bildirilib.
"Milan" rəsmilərinin "Konyaspor" matçında Abdulkerimi canlı izlədiyi də məlum olub.
İtaliya nəhəngi çox qısa müddətdə "Qalatasaray"a təklif göndərəcək.