Menyu

Leonardo Bonuççinin muqaviləsinin detalları bilindi

Əziz Əzizli
Leonardo Bonuççinin muqaviləsinin detalları bilindi

Transfer çalışmalarını davam etdirən və heyətini mərkəz müdafiəçisi ilə gücləndirmək istəyən “Fənərbağça” Leonardo Bonuççi ilə razılığa gəlib.

"Operativ Media" xəbər verir ki, Almaniyanın "Union Berlin" komandasında çıxış edən italyan ulduzla 6 aylıq müqavilə imzalanacağı öyrənilib.

Bu arada Bonuççinin "Fənərbağça"da alacağı maaş da açıqlanıb.

İtalyan jurnalist Nikolo Şiranın xəbərinə görə, 2024-cü ilin iyun ayına kimi "sarı-lacivertli" komandaya imza atacaq Leonardo Bonuççi 1,2 milyon avro qazanacaq.

Bonuççi ötən yay "Yuventus"la yollarını ayırıb və Almaniya komandası ilə 1+1 illik müqavilə imzalayıb. "Union Berlin"də 10 matça çıxan 36 yaşlı futbolçu 723 dəqiqə meydanda qalıb və 1 qol vurub.

Teqlər:

"Leonardo Bonu\u00e7\u00e7inin muqavil\u0259sinin detallar\u0131 bilindi"

Əlaqəli Xəbərlər