"Türkiyə Superkuboku üçün TFF-ə məktub göndərilməyib" - AÇIQLAMA
Əziz Əzizli
Türkiyənin "Fotospor" nəşri Superkubok oyunu üçün AFFA-nın TFF-ə məktub göndərdiyini yazıb.
Məsələyə aydınlıq gətirmək üçün AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli ilə əlaqə saxladıq.
"Operativ Media"ya açıqlamasında Elnur Məmmədli TFF-ə AFFA tərəfindən məktub gondərilmədiyini bildirib.
"Türkiyə superkuboku uğrunda oyunla bağlı yaxın günlərdə AFFA ilə Türkiyə Futbol Federasiyası arasında danışıqlar olmayıb. AFFA TFF-yə matçın Azərbaycanda keçirilməsi ilə bağlı rəsmi məktub göndərməyib.
Türkiyə qardaş ölkədir və biz bilirik ki, Azərbaycanda Türkiyə futbolunun, klublarının nə qədər azarkeşi var. Onlar necə sevilir. Lakin bu elə məsələdir ki, hər şey ətraflı, təfərrüatı ilə müzakirə olunmaldır".