Ana səhifə / İdman / İngiltərə Liqa kubokunda VAR olmayacaq İngiltərə Liqa kubokunda VAR olmayacaq 08.01.2024, 22:51 Əziz Əzizli Futbol üzrə İngiltərə Liqa Kubokunun yarımfinal oyunlarında VAR-dan istifadə edilməyəcək. "Operativ Media" xəbər verir ki, bu barədə “The Telegraph” məlumat yayıb. Buna səbəb isə "Midlsbro"nun stadionunda VAR sisteminin olmamasıdır. Yarımfinal mərhələsində “Çelsi” “Midlsbro” ilə, “Liverpul” isə “Fulhem”lə turnirin həlledici oyununa vəsiqə uğrunda mübarizə aparacaq. İlk yarımfinal oyunları 9 və 10 yanvarda, cavab görüşləri isə 23 və 24 yanvarda keçiriləcək Teqlər: "\u0130ngilt\u0259r\u0259 Liqa kubokunda VAR olmayacaq"