Menyu

"Real Madrid"in Holann planı

Əziz Əzizli
"Real Madrid"in Holann planı

La Liqada liderliyini davam etdirən və İspaniya Kral Kubokunda yoluna davam edən "Real Madrid" 2024-cü ilin yayında yeni "Los Qalaktikosu" yaratmağı planlaşdırır.

"Operativ Media" xəbər verir ki, Karlo Ançelottinin müqaviləsini yeniləyən paytaxt komandasında transfer səyləri davam edərkən, yay transfer dönəmində Kilyan Mbappe və Erlinq Holann adları gündəmdədir.

İspan mətbuatı AS-da dərc olunan xəbərdə Erlinq Holannın müqaviləsindəki bənd səbəbiylə "Real Madrid"in bu yay ulduz oyunçunu transfer edə biləcəyi bildirilib.

Bu transferin böyük ölçüdə Kilyan Mbappedən asılı olduğu bildirilsə də, Holannın da transferə müsbət yanaşdığı qeyd edilib.

Erlinq Holannın Dortmund "Borussiya"sından "Mançester Siti"yə transfer olunduğu zaman imzaladığı müqavilədə fərqli sərbəst qalma maddələrinin olduğu bildirilib.

Qeyd olunub ki, Premyer Liqada çıxış edən komandalar üçün 200 milyon avroya yaxın sərbəst qalma maddəsi var, digər liqalardakı komandalar üçün isə bu məbləğ daha aşağıdır.

Teqlər:

"\"Real Madrid\"in Holann plan\u0131"

Əlaqəli Xəbərlər