Ana səhifə / İdman / "Qarabağ"ın rəqibi xal itirdi "Qarabağ"ın rəqibi xal itirdi 07.01.2024, 13:00 Əziz Əzizli "Qarabağ"ın Avropa Liqasındakı rəqibi "Braqa" Portuqaliya çempionatında növbəti oyununa çıxıb. "Operativ Media" xəbər verir ki, sözügedən komanda azarkeşləri önündə "Vitoriya"nı qəbul edib. Görüş bərabərliklə başa çatıb. "Braqa" hesabda öndə olsa da, Gimaraynş təmsilçisi sonuncu dəqiqədə fərqlənərək bir xal qazanıb. "Braqa" 16 turdan sonra 33 xalla 4-cü sıradadır. "Vitoriya" isə 30 xalla 5-cidir. "Qarabağ" Portuqaliya təmsilçisi ilə ilk oyunu fevralın 15-də səfərdə keçirəcək. Cavab görüşü isə bir həftə sonra Bakıda olacaq Teqlər: "\"Qaraba\u011f\"\u0131n r\u0259qibi xal itirdi"