Mahir Emreli oynadı, "Dinamo Zaqreb" qələbə qazandı
Əziz Əzizli
Mahir Emrelinin formasını geyindiyi "Dinamo" mövsümün ikinci yarısınını hazırlığını davam etdirir.
"Operativ Media" xəbər verir ki, Zaqreb təmsilçisi hazırlıq matçında Sloveniyanın "Roqaşka" klubu ilə üz-üzə gəlib. Qarşılaşma xorvatların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyun hər biri 30 dəqiqə olmaqla 3 hissədən ibarət olub. Mahir Emreli də bu görüşdə meydana çıxıb.