Menyu

Azərbaycan Yığması ikinci oyunda da uduzdu

Əziz Əzizli
Azərbaycan Yığması ikinci oyunda da uduzdu

20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Litvanın Şaulyay şəhərində keçirilən Şərqi Avropa Voleybol Zonal Assosiasiyası (EEVZA) çempionatında növbəti oyununa çıxıb.

"Operativ Media" xəbər verir ki, Şahin Çatmanın baş məşqçisi olduğu kollektiv Latviya yığması ilə üz-üzə gəlib.

Qarşılaşma komandamızın məğlubiyyəti ilə yekunlaşıb – 0:3 (11:25, 9:25, 20:25). Millimiz ilk matçında Estoniyaya eyni hesabla uduzub. U-20 növbəti günlərdə Ukrayna, Litva və Polşa ilə də görüşəcək.

Yanvarın 7-dək davam edəcək yarış AÇ-2024-ə seçmə xarakter daşıyır. Reqlamentə əsasən, çempion qitə birinciliyinin final mərhələsinə vəsiqə əldə edəcək

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər