"Turan Tovuz"un yoxlama oyunları keçirəcəyi rəqiblər bəlli oldu
Əziz Əzizli
Mövsümün ikinci hissəsinə hazırlıq məqsədi ilə Türkiyəyə yollanacaq "Turan Tovuz" yoxlama görüşlərindəki rəqibləri məlumdur.
"Operativ Media" xəbər verir ki, yanvarın 17-dək Antalyada hazırlığını davam etdirəcək “Turan Tovuz” ilk yoxlama oyununa 9 yanvar tarixində çıxacaq. Rəqib Rumıniya yüksək liqa təmsilçisi “Voluntari” olacaq.
Hazırlıq çərçivəsində növbəti oyunlar isə 15 yanvar tarixində keçiriləcək. Həmin gün baş məşqçimiz Ayxan Abbasov 2 oyununda komandanı sınaqdan keçirəcək. Günün ilk oyununda "Turan Tovuz" Macarıstan təmsilçisi “Şiofok”la qarşılaşacaq. İkinci oyundakı rəqib isə Özbəkistan yüksək liqa təmsilçisi “Nasaf” olacaq.