"Qalatasaray" 4 futbolçusu ilə yollarını ayıra bilər
Əziz Əzizli
Qrupunda 3-cü yeri tutaraq Çempionlar Liqası ilə vidalaşan "Qalatasaray" minimum 12 milyon avro itirib.
"Operativ Media " Sabah qəzetinə istinadən xəbər verir ki, "Kopenhagen" matçından sonra ödənişlərdə gecikmələr olub. Zaha və Ziyeç kimi futbolçular narazılıq etməyə başlayıb.
Yanvar ayında ödəniş problemini həll etməyə çalışan sarı-qırmızılı klubda futbolçuların satışına üstünlük veriləcək. Rəhbərliyin gündəmində dörd ulduz futbolçu var: Zaha, Ziyech, Nelsson və Boey.
Təklifləri dəyərləndirməyə hazır olan "Qalatasaray"da ən yüksək qiymət Saşa Boeya verilir. Hələ müqaviləsini uzatmayan fransalı sağ cinah müdafiəçisinin satışından gözlənilən gəlir 20 milyon avrodur.
Zaha və Nelsson üçün də ikirəqəmli transfer haqları nəzərdə tutulur. Səudiyyə Ərəbistanı bazarından xüsusilə Zahaya maraq var.
Yay transfer dövründə birbaşa futbolçu sata bilməyən "sarı-qırmızılı" klub yanvarda qazanacağı gəlirlə rahatlamaq istəyir Futbolçuların mümkün satışı ilə komanda daxilində ödəniş problemi həll olunacaq və yeni transferlər üçün resurslar yaradılacaq.