"Neftçi"nin istədiyi məşqçi Super Liqa klubunu çalışdıracaq
Əziz Əzizli
Sərgən Yalçının yeni klubu müəyyənləşib.
"Operativ Media" xəbər verir ki, 51 yaşlı mütəxəssis “Antalyaspor”un baş məşqçisi təyin edilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Onunla müqavilə mövsümün sonunadək nəzərdə tutulub.
Sərgən Yalçın son olaraq 2020/2021 mövsümündə “Beşiktaş”ı çalışdırıb. O vaxtdan işsiz olan mütəxəssis bu yay “Neftçi”nin baş məşqçi vəzifəsinə də namizədlərdən olub.
Teqlər:
"\"Neft\u00e7i\"nin ist\u0259diyi m\u0259\u015fq\u00e7i Super Liqa klubunu \u00e7al\u0131\u015fd\u0131racaq"