Türkiyəli siyasətçi Xankəndi şəhər stadionunu təklif edir
Əziz Əzizli
Türkiyəli siyasətçi Sinan Oğan "Qalatasaray" - "Fənərbağça" arasında baş tutacaq Super Kubok matçının Xankəndi şəhər stadionunda keçirilməsini təklif edib.
"Operativ Media" xəbər verir ki, o, bu haqda "X" sosial şəbəkəsində paylaşım edib.
"Əgər xaricdə oynamaq istəyirsinizsə, Xankəndi stadionunu tövsiyə edirəm. Əks halda bu final paytaxta yaraşardı".
Qeyd edək ki, dünən Səudiyyə Ərəbistanında keçirilməli olan Super Kubok matçı bəzi səbəblərdən baş tutmayıb. Hər iki klub bu gün Türkiyəyə qayıdıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net