Menyu

"Bornmut"un futbolçusu malyariyaya yoluxub

Əziz Əzizli
"Bornmut"un futbolçusu malyariyaya yoluxub

"Bornmut”un və Kot-d’İvuar millisinin yarımmüdafiəçisi Həmed Traore malyariyaya yoluxub.

"Operativ Media" xəbər verir ki, o, təcili olaraq xəstəxanaya yerləşdirilib.

Xəbəri “Bornmut”un baş məşqçisi Andoni İraola da təsdiqləyib: “Son bir neçə həftə onun üçün çətin keçdi. Traore bir müddət yaşıl meydanlardan kənarda qalacaq”.

Qeyd edək ki, 23 yaşlı oyunçu bu yay “Sassuolo”dan 26 milyon avroya “Bornmut”a keçib. 2023/24 mövsümündə Traore 6 oyuna çıxıb və 1 qol vurub

Teqlər:

"\"Bornmut\"un futbol\u00e7usu malyariyaya yoluxub"

Əlaqəli Xəbərlər