Menyu

"Adana Dəmirspor" klubundan daha bir futbolçu ayrıldı

Əziz Əzizli
"Adana Dəmirspor" klubundan daha bir futbolçu ayrıldı

Azərbaycan millisinin üzvü Şahruddin Məhəmmədəliyevin də formasını geyindiyi "Adana Demirspor"dan daha bir futbolçu ayrılıb.

"Operativ Media" xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 33 yaşlı yarımmüdafiəçi Yunus Belhanda Superliqa təmsilçisi ilə vidalaşıb. Tərəflər müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam veriblər.

Daha əvvəl "Adana Demirspor"un maliyyə problemlərinin olduğu və bir neçə futbolçunun komandadan ayrılmaq istədiyi bildirilirdi. Müdafiəçi Endryu Qravillo da məhz maaşını ala bilmədiyi üçün "Adana Demirspor"dan ayrılıb.

Teqlər:

"\"Adana D\u0259mirspor\" klubundan daha bir futbol\u00e7u ayr\u0131ld\u0131"

Əlaqəli Xəbərlər