"Antalyaspor"da baş məşqçi ayrılığı - Bundesliqaya getdi
Əziz Əzizli
"Antalyaspor"da Nuri Şahin dövrü başa çatıb.
"Operativ Media" xəbər verir ki, "Antalyaspor"un sədr müavini Alkan Evren Nuri Şahinlə yollarını ayırdıqlarını açıqlayıb.
Evren, Nuri Şahinin "Borussiya Dortmund"dan təklif aldığını bildirib. Alkan Evren bildirib ki, Nuri Şahinin bu mövsüm Dortmund "Borussiya"sında köməkçi məşqçi, gələn mövsüm isə texniki direktor vəzifəsinə təyin olunması gözlənilir.