Türkiyə Super Liqası komandası "Qalatasaray" sol cinah müdafiəçisi axtarışlarını davam etdirir.
"Operativ Media" xəbər verir ki, yayda "Leypziq"dən icarəyə götürdükləri Ancelino ümidləri doğrultmadığı üçün onunla davam edilməyəcək.
"Sarı-qırmızılı" klub o mövqeyə axtardığı oyunçunu İngiltərədə tapıb. Belə ki, icarə əsasında "Nottingem Forest"də çıxış edən portuqaliyalı NunonTavareş "Qalatasaray"ın maraq dairəsinə düşüb. Müqavilə ilə "Arsenal" klubuna məxsus olan 23 yaşlı futbolçu "Nottingem Forest"də ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilib.
"Qalatasaray" futbolçunu transfer etmək üçün hər iki klubu razı salmalıdır.