"Qəbələ"nin qış hazırlıq planı müəyyənləşdi
Əziz Əzizli
“Qəbələ”nin 2023-2024-cü illər mövsümünün qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
"Operativ Media" xəbər verir ki, Misli Premyer Liqasının XVIII turunun dekabrın 22-də keçirilən “Sabah”la oyunundan (1:0) sonra istirahətə buraxılan “qırmızı-qaralar” 2024-cü il yanvarın 4-də Qəbələdə bir araya gələcək.
Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda təlim-məşq toplanışı müddətində iki yoxlama oyununda qüvvəsini sınayacaq. “Qəbələ” yanvarın 10-da “Kəpəz”lə üz-üzə gələcək. Komandamız 5 gün sonra “Qəbələ-2” ilə qarşılaşacaq.
Hər iki oyun Qəbələdə olacaq. Matçların başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.
Qeyd edək ki, mövsümün ikinci yarısına yanvarın 21-23-də keçiriləcək XIX turun oyunları ilə start veriləcək.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net