"Operativ Media" xəbər verir ki, Naxçıvan təmsilçisi gələn il yanvarın 5-də bir araya gələcək. Hazırlığın birinci mərhələsi Bakıda həyata keçiriləcək.
Yanvarın 10-da “qırmızı-ağlar” yeni ildə ilk matçına çıxacaq. Yoldaşlıq oyununda rəqib “Zirə” olacaq.
"Araz-Naxçıvan" yanvarın 12-də Qəbələdə ikinci mərhələyə start verəcək. Yanvarın 15-də Qəbələdə Premyer Liqa klublarından biri ilə qarşılaşacaq “Araz-Naxçıvan” matçdan sonra Bakıya dönəcək.
Yanvarın 18-dən etibarən isə komanda Misli Premyer Liqasının XIX turu çərçivəsində “Qarabağ”la baş tutacaq matça hazırlaşacaq.