"Barselona"nın ötən mövsümün əvvəlində "Bavariya"dan 45 milyon avroya transfer etdiyi Robert Levandovskinin kataloniyalıları tərk etmə ehtimalı var.
Ötən mövsüm bütün turnirlərdə 46 matça çıxıb 33 qol və 8 məhsuldar ötürmə ilə yadda qalan polşalı hücumçu bu mövsüm diqqətdən kənarda qalıb.
"Barselona" ilə 2026-cı ilə qədər müqaviləsi olan 35 yaşlı Robert Levandovskinin La Liqa komandasını tərk etmə ehtimalının artdığı vurğulanıb.
"Operativ Media" "Sport"a istinadən xəbər verir ki, təcrübəli hücumçunun mövsümün sonunda Səudiyyə Ərəbistanına getməsinin son dərəcə mümkün olduğu bildirilib.
"Barselona"nın Levandovski üçün 30 milyon avro istədiyi, lakin transferin təxminən 20 milyon avroya bitə biləcəyi deyilir.
Bu mövsüm ümumilikdə 21 matçda meydana çıxan təcrübəli forvard 9 qol və 5 məhsuldar ötürmənin statistikasına imza atıb.