Menyu

"Beşiktaş" klubu "Neftçi"nin sabiq hücumçusunu istəyir

Əziz Əzizli
"Beşiktaş" klubu "Neftçi"nin sabiq hücumçusunu istəyir

Türkiyə Super Liqası komandası "Beşiktaş" qış transfer pəncərəsində heyətinə yeni hücumçu cəlb etmək istəyir.

"Operativ Media" "Trt Spor"a istinadən xəbər verir ki, İstanbul təmsilçisi Serbiyanın "Partizan" klubundan braziliyalı hücumçu Mateus Saldanyanı heyətinə qatmaq istəyir. 24 yaşlı futbolçunu izləmək üçün "Beşiktaş" klubunun rəsmiləri Serbiyaya gediblər. Son mövsümdə Saldanya 18 rəsmi matçda 14 qol vurub, 4 assist edib.

Qeyd edək ki, Mateus Saldanya "Partizan"a "Neftçi" klubundan keçib. Braziliyalı futbolçu "Neftçi"də icarə əsasında çıxış edirdi.

Teqlər:

"\"Be\u015fikta\u015f\" klubu \"Neft\u00e7i\"nin sabiq h\u00fccum\u00e7usunu ist\u0259yir"

Əlaqəli Xəbərlər