Klublararası DÇ-nin ən yaxşı oyunçusu bilindi
Əziz Əzizli
"Mançester Siti”nin yarımmüdafiəçisi Rodri 2023-cü il Klublararası dünya çempionatının ən yaxşı oyunçusu seçilib.
"Operativ Media" turnirin rəsmi saytına istinadən xəbər verir ki, ispan futbolçu Klublararası dünya çempionatının “qızıl top”u adlanan mükafatı qazanıb.
“Şəhərlilər” Səudiyyə Ərəbistanında keçirilən həlledici görüşdə “Fluminense” üzərində 4 cavabsız qolla qələbə qazanıblar. 1-ci dəqiqədə Xulian Alvares hesabı açıb. 27-ci dəqiqədə “Fluminense”nin oyunçusu Nino avtoqol müəllifi olub. 72-ci dəqiqədə Fil Foden komandasının üçüncü qoluna imza atıb. 88-ci dəqiqədə dublunu rəsmiləşdirən Foden həm də matçda son nöqtəni qoyub – 4:0.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net