Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a, "Sumqayıt" "Səbail"ə qarşı
Əziz Əzizli
Azərbaycan Premyer Liqasında 18-ci turun oyunları keçirilir.
"Operativ Media" xəbər verir ki, bu gün daha iki görüş baş tutacaq.
Əvvəlcə “Turan Tovuz”la “Araz-Naxçıvan” Tovuzda üz-üzə gələcəklər.
Digər qarşılaşma isə “Sumqayıt”la “Səbail” arasında olacaq.
Xatırladaq ki, ilk oyun günündə “Qəbələ” “Sabah”a 1:0 hesabıyla qalib gəlib. Turun son matçları sabah keçiriləcək.
Misli Premyer Liqası
18-ci tur
23 dekabr
“Turan Tovuz” – “Araz-Naxçıvan”
Hakimlər: Rəvan Həmzəzadə, Vüsal Məmmədov, Eyyub İbrahimov, Emin Əliyev.
Tovuz şəhər stadionu. 16:00.
“Sumqayıt” – “Səbail”
Hakimlər: Rəşad Əhmədov, Elşad Abdullayev, Pərvin Talıbov, Rauf Allahverdiyev.
“Kapital Bank Arena”. 18:30.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net