Menyu

“Qarabağ” Xankəndidə MOİK-i məğlub etdi - YENİLƏNİB

Nərmin Qocamanlı
“Qarabağ” Xankəndidə MOİK-i məğlub etdi - YENİLƏNİB

Azərbaycan Kubokunun 1/8 final mərhələsində növbəti oyun keçirilib.

"Operativ Media" xəbər verir ki, “Qarabağ” Xankəndi şəhər stadionunda MOİK komandasını qəbul edib.

Görüşün taleyini bir qol həll edib. Nəriman Axundzadənin matçın əsas vaxtına əlavə olunmuş 3-cü dəqiqədə vurduğu top Ağdam təmsilçisinə minimal hesablı qələbə qazandırıb. İşğaldan azad olunmuş ərazilərdə 30 ildən sonra ilk futbol matçında fərqlənən gənc hücumçu tarixi qolun müəllifi olub.

“Köhlən atlar” bu nəticə ilə 1/4 finalda “Sabah” klubuna rəqib olublar.

Qeyd edək ki, 1/8 final mərhələsinə bu gün keçiriləcək “Neftçi” – “Qaradağ Lökbatan” matçı ilə yekun vurulacaq.

***

15:14

Xankəndidə "Qarabağ" və MOİK arasında keçirilən Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununda ikinci hissə başlayıb.

Bu barədə "Operativ Media" xəbər verir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər